futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Bursaspor”la anlaşıb. Bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb. Toralla müqavilənin detalları açıqlanmayıb.
2020-ci ildən “Qarabağ”da çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.