Toral Bayramov: Tempə öyrəşmək lazım idi

11.10.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əlimizdən gələni, gəlməyəni belə etməyə çalışdıq, təəssüfər olsun ki, məğlub olduq".

Bu sözləri Azərbaycan millisinin futbolçusu Toral Bayramov DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzduqları oyundan sonra fikirlərini bölüşüb:

Təcrübəli futbolçu oyun haqda fikirlərini açıqlayıb:

"Qarşımızdakı rəqib Fransa idi. Tempə öyrəşmək lazimdı. Bizim çempionatda o dərəcədə hücumlar olmur. Gələcəkimiz üçün yaxşı oyun oldu. Ukrayna ilə matç haqda? Bu gecədən etibarən düşünəcəyik. Əlimizdən gələni edəcəyik ki, əzmkar mübarizə göstərək. Müxtəlif mövqelərdə oynamaq mənim üçün çətin deyil. Baş məşqçi hansı mövqedə təyin etsə, orda canla-başla çıxış edirəm. Əsas komandama xeyir verməyi düşünürəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью