Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Toral Bayramov karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir, "Zirə" klubu qış transfer pəncərəsində 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bakı təmsilçisi Toral Bayramovu Azərbaycana qaytarmaq istəyir. Hazırda bu istiqamətdə klubun planları olduğu bildirilir.
Qeyd edək ki, Toral Bayramov mövsümün əvvəlində "Qarabağ"dan ayrılaraq 1 milyon avro qarşılığında "Bursaspor"a transfer olunub. O, Türkiyə klubunun heyətində indiyədək 11 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Polşa mətbuatında azərbaycanlı futbolçunun qışda "Rakuv"a keçə biləcəyi ilə bağlı da məlumatlar yayılıb.