Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin futbolçuları Toral Bayramov və Ozan Can Kökçü Türkiyə Birinci Liqasının 16-cı turunda üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Kökçünün formasını geyindiyi “Vanspor” Bayramovun çıxış etdiyi “Bursaspor”u qəbul edib. Akhisardakı “Spor Toto Akhisar” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
27-ci dəqiqədə “Bursaspor”un müdafiəçisi Emirhan Başyiğitin öz qapısına vurduğu qolla “Vanspor” hesabı açıb. 38-ci dəqiqədə isə Keleçi İheanaço tarazlığı bərpa edib. İkinci hissədə qol olmayıb.
Hər iki azərbaycanlı futbolçu matça start heyətində başlayıb. Toral Bayramov görüşü əvəzlənmədən keçirib, Ozan Can Kökçü isə 85-ci dəqiqədə meydanı tərk edib.
Bu nəticə ilə xallarının sayını 36-ya çatdıran “Bursaspor” liderliyini qoruyub. “Vanspor” isə 17 xalla 16-cı pillədə qərarlaşıb.