Toral Bayramovun qolu AvroLiqanın ən yaxşısı seçildi VİDEO | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. UEFA Avropa Liqasının Liqa mərhələsində 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
Modern.az xəbər verir ki, UEFA-nın məlumatına görə, 4-cü turun ən yaxşı qolunu “Qarabağ”ın futbolçusu Toral Bayramov Norveçdə yerli "Bodo Glimt" klubunun qapısına vurub.
Onun uzaq məsafədən gözəl qolu yüksək qiymət alıb. Xatırladaq ki, həmin matçda “Qarabağ” 2:1 hesablı qələıbə qazanıb.
Qeyd edək ki, ən yaxşı qolu nominasiyasına namizədlər arasında Toralla yanaşı, “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu