Toral Bayramovun qolu ən yaxşı seçilə bilər VİDEO

08.11.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Xatırladaq ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью