Toral oynadı, Bursaspor məğlub oldu

22.08.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Türkiyə 1-ci Liqasının 3-cü turu çərçivəsində "Fatih Karagümrük" öz meydanında "Bursaspor"u qəbul edib.

Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bursaspor"un heyətində matça ilk 11-likdə başlayan Azərbaycan millisinin futbolçusu Toral Bayramov 17-ci dəqiqədə qayda pozuntusuna görə baş hakim tərəfindən sarı kartla cəzalandırılıb.

Təcrübəli müdafiəçi ikinci hissənin başında — 46-cı dəqiqədə Eyüp Akcan ilə əvəzlənərək meydanı erkən tərk edib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью