Toral oynadı, komandası “sülh”ə razılaşdı

13.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Türkiyə 1-ci Liqasında VII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Bursaspor” öz meydanında “Esenler Erokspor”u qəbul edib. Qol duelinə səhnə olan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov da bu qarşılaşmada meydanda olub. O, matçın 63-cü dəqiqəsində oyuna daxil olaraq sonadək mübarizə aparıb.

Bursaspor – Esenler Erokspor 2:2

Qollar: Keleçi İheanaço, 16, Linkoln, 20 – Mikail Okyar, 18, Yusuf Erdoğan, 50

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью