Toral: “Qərar verdim ki, vaxtdır” VİDEO

05.06.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Toral Bayramov AFFA-nın “Sənin sualın” rubrikasında iştirak edib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu azarkeşlərin suallarını cavablandırıb.

Toral karyerası ərzində ən çətinlik çəkdiyi iki futbolçunun adını çəkib. O, “Marsel”dən Cengiz Ünderi, “Frayburq”dan Ritsi Doanı fərqləndirib.

Bayramov “Bursaspor”a keçməsinin səbəbini də açıqlayıb:

“Azərbaycanı xaricdə təmsil etmək istəyirdim. “Bursaspor” böyük tarixi və azarkeşləri olan klubdur. Qərar verdim ki, vaxtdır. İnşallah, uğurlu olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью