Toral: “Qızıl dubl” üçün hər şeyi edəcəyik”

19.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada “Kəpəz”lə oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra çempionluq kubokuna və medallarına qovuşan “atlılar”ın oyunçusu “CBC Sport”a açıqlamasında bunları deyib:

“Mövsümlə bağlı fikirlərim müsbətdir. Çempion olduğumuz üçün xoşbəxtəm. Qarşıda kubokun finalı var. “Qızıl dubl” üçün hər şeyi edəcəyik. Hələ çempionatda bir oyunumuz var. Kubokun finalına bu görüşdən sonra hazırlaşacağıq. Kuboku qazanmağı çox istəyirik”.

“Qarabağ” ilə “Sabah” arasındakı final oyunu mayın 31-də Sumqayıtda keçiriləcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью