Toral Super Liqa klubuna təklif olundu

25.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bursaspor”da çıxış edən Toral Bayramov klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Super Liqa təmsilçisi “Eyüpspor”a təklif olunub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Toral bu yay “Qarabağ”dan “Bursaspor”a keçib. O, “timsahlar”la I Liqada 2 oyuna çıxıb.

“Eyüpspor” Super Liqada mübarizə aparır. Komanda iki turdan sonra xalsızdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью