Toralın komanda yoldaşı “Fənərbağça”nın hədəfində

03.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bursaspor”un futbolçusu Keleçi İheanaço karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul təmsilçisi qış transfer dönəmində nigeriyalı hücumçunu heyətinə qatmaq istəyir.

İheanaço bu mövsüm 13 oyunda 16 qol vurub və I Liqada bombardirdir.

“Bursaspor”da Azərbaycan millisinin futbolçusu Toral Bayramov çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью