Toralın komandasından məğlubiyyət

22.08.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə I Liqasında III tura start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun çıxış etdiyi "Bursaspor" növbəti matçını keçirib.

Komanda səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlimiz oyuna start heyətində başlayıb. O, fasilədə əvəzlənib. Toral sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, "Bursaspor" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Gəncəbasar"ın baş məşqçisi bəlli oldu Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar Azərbaycan millisinin futbolçuları Türkiyə klubunda - RƏSMİ "Zirə"nin futbolçusu Kambocaya transfer olundu Qurban Qurbanov: “Çox vacib qalibiyyət oldu”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью