Toralın komandasından möhtəşəm geri dönüş

08.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə 1-ci liqasında VI turun növbəti qarşılaşması baş tutub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun formasını geyindiyi “Bursaspor” səfərdə “Manisa” klubunun qonağı olub. Gərgin keçən qarşılaşma Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 20-ci dəqiqədə Syilanın dəqiq zərbəsi ilə meydan sahibləri açsa da, “Bursaspor” İheanaçonun 27 və 90+2-ci dəqiqələrdə vurduğu qollarla dönüş etməyi bacarıb.

“Manisa” – “Bursaspor” 1:2
Qollar:
Syila, 20; İheanaço, 27, 90+2

Matça ehtiyat oyunçular skamyasında başlayan Toral Bayramov ikinci hissənin əvvəllərində, 46-cı dəqiqədə meydana daxil olub. Yığmamızın üzvü 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran “Bursaspor” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью