Toralın qolu “ən yaxşı qol” adına namizəd oldu Video

08.11.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu adına namizədləri elan edib.

QOL.az xəbər verir ki, 4 namizəd arasında “Qarabağ”ın futbolçusu Toral Bayramov da var. 

23 yaşlı futbolçu dünən komndasının “Bodo Qlimt”lə (Norveç) səfər matçında (2:1) uzaq məsafədən gözəl qol vurub.

Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da namizədlər sırasındadır.

Qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.

Avroliqada həftənin ən yaxşı adına namizəd 4 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью