Toralın qolu ən yaxşı seçildi VİDEO

08.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

News24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Budyo Qlimt”in qapısına vurduğu qol olub.

23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью