Törətdiyi qəzada arvadı öldü, 10 yaşlı oğlu yaralandı

14.10.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili yol kənarına aşırıb. Nəticədə, sürücünün həyat yoldaşı 1993-cü il təvəllüdlü Ələkbərova Səyyarə Əhliman qızı hadisə yerində ölüb. Sürücünün oğlu 2016-cı il təvəllüdlü Əli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью