Torino nun kapitanı Milan a keçə bilər

31.05.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Milan" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "rossonerilər"in əsas hədəfi "Torino"nun kapitanı Samuele Riççidir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Milan" İtaliya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klubu yarımmüdafiəçi üçün 30 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Torino" Samuele Riççini 2022-ci ilin yayında "Empoli"dən transfer edib. 23 yaşlı dayaq yarımmüdafiəçisi başa çatan mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə  ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью