“Torino” Simeonenin qolu ilə “Qarabağ”ın rəqibini məğlub edib VİDEO

18.10.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

A Seriyasında VII turun “Torino” – “Napoli” matçına yekun vurulub.

İdman.Biz bildirir ki, qarşılaşmada “Torino” 1:0 hesabı ilə qalib gəlib. Matç “Stadio Olimpico Grande Torino”da (Turin) baş tutub.

Oyunun yeganə qolunu 32-ci dəqiqədə Covanni Simeone vurub.

Bu oyundan sonra “Torino” İtaliya yüksək divizionunda 8 xalla 13-cü, “Napoli” isə 15 xalla ikinci pillədə qərarlaşıb.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasının ümumi mərhələsindən rəqibidir. Komanadalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью