Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Qobustan rayonu, Ərəbqədim kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 27-də axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-KA-741 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb.
İlkin iddialara görə, qəzaya yük maşınının tormoz sistemində yaranan nasazlıq səbəb olub. Belə ki, nəqliyyat vasitəsinin tormoz sisteminin işləmədiyi bildirilir.
Hadisə nəticəsində yük maşınına maddi ziyan dəyib, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227354.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler