Torontoda atışma nəticəsində 12 nəfər YARALANDI

08.03.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Redaktor.az  xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.

“Birdən onlar atəş açmağa başladılar. Şadam ki, hadisə nəticəsində ölən olmayıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir”, - Makinteyr qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью