Torpaq sürüşməsi Quba Xınalıq yolunu bağlayıb VİDEO

03.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quba, 3 oktyabr, AZƏRTAC

Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrində yenidən torpaq sürüşməsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürüşmə nəticəsində torpaq kütləsi və iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Nəticədə Xınalıq istiqamətində yerləşən 8 kəndin Quba rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib.

Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət üçün açılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, eyni ərazidə sentyabrın 30-da da torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yol bir müddət nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı qalıb.

Müxbir -Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью