Torpaq sürüşməsi yolda problemə səbəb olub Beton dayaqlar belə tab gətirmir VİDEO

16.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Torpaq sürüşməsi İsmayıllı yolunda problemə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, sürüşmələrin mütəmadi qeydə alındığı Muğanlı-İsmayıllı yolunun bəzi hissələrində yaz və payız aylarında aktivlik daha da artır.

Sürüşmələrin ən çox müşahidə olunduğu yer yolun Xankəndi və Mücü kəndlərinin ərazisindədir.

Fevral ayının sonu və martın əvvəllərində  yağan qarın əriməsi nəticəsində həmin ərazidə sürüşmə aktivləşərək hazırda da davam edir. Ötən gün torpaq kütlələri yola tökülüb və hərəkət məhdudlaşıb.

Yolda hərəkəti bərpa etmək üçün əraziyə texnikalar cəlb edilib. Sürüşmə Muğanlı-İsmayıllı yolunda gedən təmir tikinti işlərində gecikmələrə də səbəb olub. Dağ ətəyində quraşdırılan beton dayaqlar belə tab gətirmir. Nəticədə torpaq qatı avtomobillərin hərəkət hissəsinə tökülür.

Buna baxmayaraq, hazırda yol işlək vəziyyətdədir.

Daha ətraflı videomaterialda.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью