Torpedo ilə oyun çətin olacaq Qismət Alıyev

07.07.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev

"Bizim kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində sabah Gürcüstan "Torpedo"su ilə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Kutaisi təmsilçisi ilə asan görüş olmayacağını bildirib: "Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Oyun saat 20:00-da start götürəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью