Torpedo Zirə nin legionerini transfer etməyi planlaşdırır

18.06.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

“Zirə”nin futbolçusu Salif Suma daha bir xarici klubun diqqət çəkib.

Sportal.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi "Torpedo"(Moskva) klubunun transfer siyahısındadır.

Başa çatan mövsümün yekunlarına əsasən Rusiya Premyer Liqasına geri qayıdan Moskva təmsilçisi Sumanın keçidini bu yay həll etməyə çalışır.

21 yaşlı futbolçunun “Zirə” ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью