Torpedonu əvəzləyəcək komanda müəyyənləşib

11.07.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komanda müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, yeni mövsümdə Moskva təmsilçisini "Orenburq" əvəz edəcək.

Bu barədə Rusiya Futbol Federasiyasının (RFF) İcraiyyə Komitəsi qərar qəbul edib. "Orenburq" ötən mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Liqaya düşmüşdü.

Qeyd edək ki, "Torpedo" klubu RFF-nin İntizam Komitəsi tərəfindən hakimlərə rüşvət vermək ittihamı ilə Premyer Liqadan uzaqlaşdırılıb. Klub həmçinin 5 milyon rubl cərimələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью