Torres Bolqarıstanla oyunda forma geyinməyəcək

13.10.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya millisi ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “Barselona”nın hücumçusu Ferran Torres sabah keçiriləcək Bolqarıstanla oyunda forma geyinməyəcək.

24 yaşlı futbolçuda əzələ problemi aşkarlanıb və o, bu səbəbdən heyətdən kənarda qalacaq.

Torres cari mövsümdə La Liqada 8 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, sabah keçiriləcək İspaniya - Bolqarıstan matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Yamal üçün futbol tarixinə düşəcək təklif Okan Buruk açıqladı: 2 həftə daha meydandan kənarda qalacaq Super Liqada yeni baş məşqçi Əfsanə üçlük yenidən bir araya gələ bilər Daha bir komanda dünya çempionatına vəsiqə qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью