Torreyra Argentina klubuna doğru

25.03.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra komandasından ayrıla bilər.

Apasport.az xəbər verir ki, Torreyra Argentina klubuna keçmək istəyir. 

Argentina təmsilçilərindən "Boka Xuniors" 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

Torreyra "Boka Xuniors"la bu il ilk dəfə keçiriləcək FIFA Klublararası Dünya Çempionatında çıxış etmək istəyir. 

Yay transfer dönəmində futbolçunun transferinin tamamlanacağı gözlənilir.

Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədərdir. "Sarı-qırmızılı" forma ilə bu mövsüm 38 matçda forma geyinən Torreyra 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

Tonali İspaniya yolunda İnzaqi ən yaxşı seçildi Flik ən yaxşı adına layiq görüldü Soboslainin Ardaya cavabı gecikmədi - FOTO İtaliya nəhəngindən “Siti”yə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью