Torreyra karyerasında ilkə imza atdı

20.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Lukas Torreyra peşəkar karyerasında ilkə imza atıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Belə ki, Superliqanın 32-ci turu çərçivəsində keçirilən "Qalatasaray" - "Bodrum" matçında uruqvaylı futbolçu qol vurmağı bacarıb. "Cimbom"un 2:0 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmada Torreyra fərqlənərək, peşəkar karyerasında ilk dəfə bir mövsümdə üç qol vurub.

Qeyd edək ki, bu qələbə "Qalatasaray"ın evdə məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью