“Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı RƏSMİ

24.11.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin “Tottenhem” klubu gənc futbolçusu Luka Uilyams-Barnettlə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeni uzunmüddətli müqavilə imzalanıb.

“Tottenhem”in akademiyasının yetirməsi olan futbolçu 10 yaşından klubun sistemində çıxış edir. O, son vaxtlar əsas komandada göstərdiyi performansla diqqət çəkib.

Uilyams-Barnett İngiltərə Premyer Liqasının “İpsviç”lə keçirilən son oyununda ilk dəfə start heyətində meydana çıxıb. Komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, gənc futbolçu ilə “Çelsi” və Dortmund “Borussiya”sının maraqlandığı bildirilirdi. Buna baxmayaraq, o, karyerasını “Tottenhem”də davam etdirməyə qərar verib.

“İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik” “Qalatasaray” “Aston Villa”nı 3 qolla məğlub etdi Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью