Tottenhem 26 yaşlı yarımmüdafiəçini transfer edir rekord məbləğə

01.07.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sandro Tonali "Tottenhem"ə keçməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, "Nyukasl" və "Tottenhem" 26 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, London klubu 92,5 milyon funt-sterlinq əsas ödəniş edəcək. Bundan əlavə, "Tottenhem"in bir neçə dəfə UEFA Çempionlar Lİqasına vəsiqə qazanacağı təqdirdə ödəniləcək 7,5 milyon funt-sterlinq bonus da nəzərdə tutulub.

Beləliklə, Tonali "Tottenhem" tarixinin ən bahalı transferi olacaq. Klubun əvvəlki transfer rekordu 2024-cü ildə Dominik Solankenin "Bornmut"dan 65 milyon funt-sterlinq qarşılığında alınması zamanı qeydə alınmışdı.

Bundan başqa, London təmsilçisi Mateuş Fernandesi "Vest Hem"dən 85 milyon funta transfer etməyə də yaxındır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью