“Tottenhem” 41 illik fasilədən sonra kubok qazandı

22.05.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Tottenhem” 41 ildən sonra ilk titulunu qazanıb. 

Bakıvaxtı.az xəbər verir ki, komanda buna “Mançester Yunayted”ə qarşı Avropa Liqasının Final mərhələsində keçirilən oyunda nail olub. Consonun yeganə qolu ilə 1:0 hesabı ilə qalib gələn London təmsilçisi beləcə 41 illik həsrətə son qoyub. 

Bu nəticədən sonra “Tottenhem” Avropa Liqasının qalibi olub. Onlar gələn mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaqlar.

“Qırmızı şeytanlar” isə gələn mövsüm Avrokubokda çıxış etməyəcəklər.

Cavid Tağızadə

BDU-nun Jurnalistika fakültəsinin İV kurs tələbəsi

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью