Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem" hazırda icarə əsasında komandada forma geyinən Timo Verneri transfer etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, komanda hücumçunun çıxışından narazıdır və o, yayda məxsus olduğu komanda olan "Leypsiq"ə geri qayıdacaq.
Xatırladaq ki, "Tottenhem" Verneri ötən ilin yanvarında icarəyə götürmüşdü.
Almaniya millisinin üzvü Premyer Liqa təmdilçisinin heyətində indiyədək iştirak etdiyi 41 rəsmi matçda 2 qol, 6 assistlə yadda qalıb.
Bruno Fernandes: “Ona qarşı oynamaq möhtəşəm bir hissdir” Premyer Liqa klubunda baş məşqçi ayrılığı Sabiq “Fənər”li infakt keçirdi “Leypsiq” və “Aston Villa” Türkiyə millisinin üzvü ilə maraqlanır Mbappe: "Puldan vacib şeylər var"