Tottenhem Avropa Liqasının qalibi olub

22.05.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью