Tottenhem baş məşqçisi ilə yollarını ayırdı

06.06.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tottenhem"də ayrılıq baş verib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

London təmsilçisi baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırıb. O, komandanı 2023-cü ildən çalışdırıb. 

59 yaşlı mütəxəssis hazırkı mövsümdə "Tottenhem"lə Avropa Liqasının qalibi olub. Bu, klubun 2008-ci ildən etibarən ilk tituludur. İngiltərə Premyer Liqasında isə 38 xalla 17-ci yerdə qərarlaşıblar. 

Qeyd edək ki, insayder Fabrizio Romanoya istinadən, Postekoqlunun istefası qərarını "Tottenhem"in prezidenti Deniel Levi verib. Hazırda baş məşqçi vəzifəsinə əsas namizəd "Brentford"u çalışdıran Tomas Frankdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью