“Tottenhem” “Bornmut”dan Semenyonun transferi üzərində fəal şəkildə işləyir

18.12.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Tottenhem Hotspur” yanvar ayında “Bornmut”un cinah oyunçusu Antuan Semenyonun transferi üçün fəal şəkildə çalışır.

Bu barədə İdman.Biz “Give me Sport”a istinadən məlumat verir.

“Liverpul” və “Mançester Yunayted”də oyunçu ilə maraqlanır, lakin hazırda oyunçu üçün hansı variantın daha cəlbedici olduğu məlum deyil.

Bu mövsüm Semenyo bütün turnirlərdə 16 oyunda meydana çıxıb, yeddi qol vurub və üç məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью