“Tottenhem” braziliyalı müdafiəçini heyətinə qatır

15.01.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

"Tottenhem" Braziliya təmsilçisi "Santos"un müdafiəçisi Jozef Sousanın transferini yekunlaşdırmağa yaxındır.

Apasport.az "Sky Sports"a istinadla xəbər verir ki, 19 yaşlı futbolçu London klubuna keçidini rəsmiləşdirməzdən əvvəl bu gün tibbi müayinədən keçəcək.

Mənbə transferin 15 milyon avro dəyərində olduğunu bildirir.

Qeyd edək ki, Jozef Sousa 2025-ci ildə bütün turnirlər üzrə 29 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi "Beşiktaş"ın futbolçusu Kolumbiya klubunda "Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi "Bavariya"da ciddi itki "Roma" heyətini 18 yaşlı futbolçu ilə gücləndirib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью