Tottenhem bu futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır

04.06.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter"in müdafiəçisi Yann Bissek karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Tottenhem" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İngiltərə klubu Bissek üçün 40 milyon avro ödəməyə hazırdır. 24 yaşlı mərkəz müdafiəçisi ilə "Mançester Yunayted" və "Vest Hem"də yaxından maraqlanır.

Qeyd edək ki, "İnter" Yann Bisseki 2023-cü ilin yayında Danimarkanın "Orxus" klubundan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью