Tottenhem bu iki mütəxəssisdən birinə tapşırıla bilər

18.03.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Tottenhem"in baş məşqçi postundan qovula biləcəyi barədə məlumatlar dərc edilən Angelos Postekoğlunun yerini tutmağa əsas namizədlərin adları bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Xəbərə görə, bunlar "Bornmut"un çalışdırıcısı Andoni İraola və hazırda "Fulhem"ə rəhbərlik edən Marku Silvadır. Mənbə Avropa Liqasının Postekoğlunun "Tottenhem"dəki gələcəyi baxımından önəmli turnir olduğunu vurğulayıb. London təmsilçisinin rəhbərliyinin heyətdəki zədəlilərin çoxluğunu nəzərə aldığı və indilik gözləmə mövqeyi tutduğu bildirilib.

Qeyd edək ki, 29 oyuna 34 xal toplayan "Tottenhem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə mövqe tutub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью