Tottenhem ciddi itki ilə üzləşdi

30.09.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tottenhem"in futbolçusu Dominik Solanke bir müddət yaşıl meydanlardan uzaqda qalacaq.

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Frank danışıb.

O, 28 yaşlı hücumçunun topuq biləyindən əməliyyata ehtiyacı olacağını açıqlayıb. Mütəxəssisin sözlərinə görə, futbolçu bir müddətdir diskomfort hiss edir, ona görə də klub müdaxiləni gecikdirməmək qərarına gəlib.

Dominik bir müddət London təmsilçisinə kömək edə bilməyəcək. O, ən az "Budo-Qlimt"lə ÇL görüşünü, "Lester"lə isə Premyer Liqa matçını buraxacaq.

Solanke "Tottenhem"ə 2024-cü ilin yayında "Bornmut"dan keçib. Ötən mövsüm o, 45 oyuna çıxıb, 16 qol vurub. Bu mövsüm isə ingiltərəli futbolçu 3 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью