“Tottenhem” də Bellingem uğrunda yarışa qoşuldu | Icma.az
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real"ın ulduzu Cud Bellingemin qardaşı Cob Bellingem "Sanderlend"də çıxış edir.
Sport24.az xəbır verir ki, şayiələrə görə, Cob gələn yay daha prestijli kluba keçəcək.
Ötən gün "Mançester Yunayted"in sözügedən futbolçuyla maraqlandığı bildirilmişdi.
"TEAMtalk"ın xəbərinə görə, "Tottenhem" də 19 yaşlı oyunçunu heyətinə qatmaq üçün yarışır.
"Transfermarkt" ekspertləri Bellingemin dəyərini 18 milyon avro qiymətləndirir.
O, ötən ilin payızında İngiltərə gənclər yığmasında debüt edib. Cob 2023-cü ilin yayından "Sanderlend"də çıxış edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu