Tottenhem də ciddi itki 4 5 həftə oynamayacaq

09.02.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Destini Udoji sıradan çıxıb. İtaliyalı futbolçu Premyer Liqanın 25-ci turunun "Mançester Yunayted"lə matçında (2:3) bud əzələsindən zədə alıb.

Baş məşqçi Tomas Frank Udojinin vəziyyəti ilə bağlı məlumat verib. Mütəxəssis 23 yaşlı sol cinah müdafiəçisinin təxminən 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, "Tottenhem" Destini Udojini 2022-ci ilin yayında "Udineze"dən 18 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью