Tottenhem də ciddi itki Avroliqanın finalında oynamayacaq

14.05.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Deyan Kuluşevski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli futbolçu Premyer Liqanın 36-cı turunun "Kristal Pelas"la matçında dizindən zədə alıb. 25 yaşlı oyunçu əməliyyat olunub.

Kuluşevski Avropa Liqasının "Mançester Yunayted"lə keçiriləcək final oyununda iştirak etməyəcək. Qarşılaşma 21 may tarixində baş tutacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью