Tottenhem də ciddi itki: Finalı buraxa bilər

14.05.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Tottenhem”də ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Deyan Kuluşevski zədələnib.

O, Premyer Liqanın XXXVI turunun ” Kristal Pelas”la oyununda (0:2) dizindən xəsarət alıb.

İsveçli müdafiəçi Mark Queyi ilə toqquşduqdan sonra matçı davam etdirə bilməyib. Kuluşevski ertəsi gün komandanın məşqini buraxıb. Onun mayın 21-də Bilbaodakı keçiriləcək “Mançester Yunayted”lə Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi düşünülür.

Qeyd edək ki, “Tottenhem” bunadək yarımmüdafiəçiləri Ceyms Meddison və Lukas Berqvallu zədə səbəbindən itirib.

Qyökereş "Arsenal" yolunda "Trabzonspor" – "Qalatasaray" matçı bu kanalda İtaliya çempionu 3-cü liqaya yuvarlanıb Sanço üçün yeni namizəd Uilyams Premyer Liqaya keçmək istəyir - 5 klub maraqlanır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью