Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Tottenhem" qış transfer pəncərəsində böyük büdcə xərcləməyə hazırlaşır.
Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, londonlular "Nottingem Forest"in ulduzu Morqan Qibbs-Vaytı heyətinə qatmaq üçün 125 milyon funt-sterlinqlik təklif hazırlayıb.
Yanvar ayında heyətini gücləndirməkdən çəkinməyən London təmsilçisi ingilis yarımmüdafiəçini transfer etmək üçün yenidən hərəkətə keçib.
Daha əvvəl 2025-ci ilin yayında da futbolçu ilə maraqlanan "Tottenhem" bu dəfə transferi yekunlaşdırmaqda qərarlıdır.