Tottenhem dən Porroya Yeni təklif

12.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Tottenhem” müdafiəçisi Pedro Porro ilə müqaviləni yeniləmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

London klubu Avropanın bir neçə komandasının maraq dairəsində olan ispaniyalı futbolçunu heyətdə saxlamağı planlaşdırır. Premyer Liqa təmsilçisi 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalamaq niyyətindədir.

Porronun “Tottenhem”lə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klub anlaşmanı daha 2 il uzatmaq istəyir.

Qeyd edək ki, “Tottenhem” Pedro Porronu 2023-cü ilin yayında “Sportinq”dən 40 milyon avroya transfer edib. İspaniya millisinin üzvü 2025/26 mövsümündə 47 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Keyn millinin tarixinə düşdü: 4-cü pilləyə yüksəldi "Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm "Arsenal"ın yeni transfer hədəfi: "ROMA"DAN "Barselona"dan Torres qərarı: YENİ MÜQAVİLƏ DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью