Tottenhem dən Savinyo transferi: 99 MİLYON AVRO

21.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İngiltərənin “Tottenhem” klubu “Mançester Siti”nin vingeri Savinyonun transferi ilə bağlı razılığa gəlib.

Apasport.az xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu tibbi müayinədən keçmək üçün Londona yollanacaq.

Tərəflər arasında razılaşdırılan transfer paketinin bonuslarla birlikdə təxminən 99 milyon avroya çatacağı bildirilir. Müqavilə tibbi müayinədən sonra rəsmiləşdiriləcək.

“Tottenhem” paralel olaraq “Mançester Siti”nin misirli hücumçusu Omar Marmuşun transferi üçün də danışıqları davam etdirir. Bu keçidlə bağlı müzakirələr Savinyo transferindən ayrı aparılır.

Qeyd edək ki, Savinyo ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında ümumilikdə 53 matçda 2 dəfə fərqlənib.

“Çelsi” Enzo Fernandesə əvəzləyici axtarır Mourinyo Arda Güler haqda: “Modriç kimi olacaq” Kanselu rəsmən “Barselona”da "Tottenhem"in transfer PLANI Moreyra "Milan"da: 50 MİLYON AVRO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью