Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Tottenhem” heyətini gücləndirib.
QOL.az xəbər verir ki, London klubu “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Niderlandlı futbolçu artıq tibbi müayinədən keçib.
"The Atletik"in yazdığına görə, transferin məbləği 60 milyon avro olacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm “Leyptsiq”də iki oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.