Icma.az bildirir, Idman.biz portalına istinadən.
İngiltərənin “Tottenhem” futbol komandası Braziliya millisinin və İspaniyanın “Real” komandasının hücumçusu Endriki transfer etmək istəyir.
İdman.Biz “SecretPrem”ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı forvardın xidmətində maraqlı olan klublardan biridir.
Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib. 16 oyunda meydana çıxan hücumçu beş qol vurub.
Braziliyalı futbolçunun çıxışı Avropanın bir sıra klublarının diqqətini çəkib. Daha əvvəl “Arsenal” və “Çelsi”nin də onunla maraqlandığı bildirilirdi. “Real”ın isə may ayında hücumçunu yayda buraxmaq niyyətində olmadığı barədə məlumat yayılıb.