“Tottenhem” Hekkedən əl çəkmir De Zerbi keçiddə israrlıdır

04.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tottenhem” müdafiə xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, London klubu “Brayton”un futbolçusu Yan-Pol van Hekke ilə maraqlanır.

“The Athletic”in məlumatına görə, “Tottenhem” 25 yaşlı mərkəz müdafiəçisi üçün ilk addımı atıb. Lakin “Brayton” London təmsilçisinin ilkin təklifini rədd edib.

Buna baxmayaraq, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi niderlandlı futbolçunun transferində israrlıdır. London klubunun yaxın günlərdə yeni təkliflə "Brayton"un "qapısını döyəcəyi" bildirilir.

Qeyd edək ki, Yan-Pol van Hekke 2025/2026 mövsümündə “Brayton”un heyətində Premyer Liqada 36 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Sobozlai ən yaxşı adına layiq görüldü: İLK DƏFƏ Sadettin Saran 2 il 6 ay həbs cəzasına məhkum edilib "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO Dünya çempionatında su qadağası: FİFA-dan yeni qərar 2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью